19.1.2017
saat

All Language

İmam Rəbbanidən Hikmətlər

     Allah-Təala Tövbə süurəsinin 119-cu ayəsində buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə birlikdə olun!”. Übeydullah Əhrar həzrətləri belə deyir: “Bu ayeyi-kərimədə keçən “birlikdə olun” əmri daimi bərabərliyi ifadə edir. Ayədə “bərabərlik” mütləq mənada zikr edildiyi üçün həm fiziki cəhətdən, həm də hökmən bərabərlik ifadə edir. Fiziki bərabərlik sadiqlərin məclisində səmimi duyğularla, səmimi qəlblə iştirak etməkdir.” Hökmən bərabər olmaqsa qiyabən də onların nümunəvi hallarını göz ünündə canlandırmaq və hikmətli nəsihətləri haqda fikirləşməkdir”. Deməli, sadiq olmaq yolunda atılacaq ilk addım sadiqlərlə birlikdə olmaq, yəni onlarla daima ülfət halını qoruyub saxlamaqdır. Sadiq olmaq bu halın təbii nəticəsidir. Biz də inşallah, bu çalışmamız vasitəsilə Allahın əməlisaleh və sadiq bəndəsi olan İmam Rəbbani həzrətləri ilə qiyabi də olsa birlikdə olmağa səy göstərəcəyik.


Osman Nuri Topbaş
ISBN: 978-9952-82-214-4

  

Dəlilləriylə Ticarət Elmihalı

     Ticarət əlaqələrində ədalət fikri ön plana çıxarılmalı, əqd sərbəstliyi prinsipi mənimsənməli, tərəflərin əqdlə bağlı iradələrini zədələyən və onları mübahisəyə sürükləyən hər növ mənfi hallar əvvəlcədən nəzərə alınıb qabağının alınmasına səy göstərilməlidir. Bu yanaşmanın təbii nəticəsi olaraq mülkiyyətin qorunması, hiylə, istismar və əsassız varlanma kimi halların qarşısının alınması, güclüyə qarşı haqlının himayə edilməsi, verilən ziyanın təzmin etdirilməsi kimi prinsip və tədbirlər də gündəliyə gəlmişdir. İslam hüquqşünasları da yaşadıqları dövrdəki ticarət həyatını Quran və Sünnədə təmas edilən, əqli-səlimin də mənimsəyib müdafiə etdiyi əsas prinsip və məqsədlər baxımından nəzərdən keçirib geniş bir hüquqi doktrina meydana gətirmişlər. Beləliklə də, klassik fiqh kitablarında ticarətlə bağlı məsələlər haqqında qoyulan prinsiplər, qaydalar, hökmlər və təkliflər sözügedən prinsip və məqsədlərə yaxşı bələd olduqda anlaşıla bilər. Ona görə də, bu sahədə İslam hüquqşünaslarının nə dediyindən ziyadə nə demək istədiyi, hansı prinsipdən çıxış etdiyi və ya hansı məqsədi əsas aldığı mühüm əhəmiyyət kəsb edir.


Anar Qurbanov
ISBN: 978-9952-82-216-8

  

İslam Nəzərində Ağıl və Fəlsəfə

     “İslama görə fəlsəfə nədir? Gerçəyi əldə etmək üçün fəlsəfənin ən mühüm vasitə kimi gördüyü “ağıl”la hara qədər getmək mümkündür? Ağıl tərəzisi bütün gerçəkləri ölçə biləcək qüdrətə sahibdirmi? Ağlın tutulduğu nöqtədən sonra necə yol getmək olar?” məzmunlu suallar tarixi dövrlərdə olduğu kimi, bugün də zehinləri məşğul etməkdədir. Əvvəlcə bunu ifadə etməliyik ki, fəlsəfə ağıla istinad edir. Halbuki, İslam dini üçün təbii hüdudları daxilində həm ağıl, həm də nəql (yəni Quran və Sünnətə) əsasdır. Sonsuz elm sahibi uca Yaradanımızın təbliğ etdiyi həqiqətlərə istinad edən təfəkkür sistemi ilə bəşəri nöqsanlara sahib və gücü məhdud ağıla əsaslanan fəlsəfə arasında mövzu və qayə baxımın­dan oxşarlıq olsa da, metod, vasitə, təfəkkür və təxəyyül cəhətdən böyük fərqlər vardır.


Osman Nuri Topbaş
ISBN: 978-9952-82-217-5

  

Peyğəmbərimizin (s.ə.s) İslamı Təbliğ Metodları

     Bəşəriyyət dərin bir axtarış və mənəvi boşluq içindədir. İnsan da bu burulğandan xilas olmaq istəyir. Bunun yolu vəhyə sarılmaqdır.
     Vəhyin son nüzulu isə İslamladır. İnsanın həm axtarış içində olması, həm də bu müdhiş telekommunikasiya dövründə İslam dinindən bixəbər qalması böyük bir talesizlik olardı. Yol İslama düşür və üstəlik çox dərin və böyük bir maraqla... ehtiyacla...
     Son illərdə dünyada İslam dini və müsəlmanlar üzərində oynanan planlı oyunlar hər kəsə məlumdur. Bu mənada islamofobiya, terror və radikal düşüncələr müəyyən qüvvələr tərəfindən İslamı zədələmək üçün məharətlə istifadə olunur.
     Bütün bunlara qarşı Azərbaycan Dövlətinin atdığı addımlar təqdirəlayiqdir. Düşünürəm ki, hər bir vətandaş bu işlərdə fəal olmalı, dövlətçilik ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmsı üçün çalışmalıdır.  


t.f.d Abbas QURBANOV
ISBN: 978-9952-82-975-4

  

Hz. Pəyğəmbər Cəmiyyət ve Ailə

     İslam mədəniyyətini dərk etmək üçün İslam dininin müsəlmanın həyatında və tarixində meydana gətirdiyi təsirə baxmaq lazımdır. Bu təsir özünü iba dətlərdə, düşüncədə və sosial həyatda daha çox göstərmişdir. Bu kitab bunları açıqlama mahiyyətindədir. Ailə daxilində Hz. Məhəmməd (s.ə.s) mükəmməl birər, şəfqətli ata və baba idi. O, ailə üzvlərinə hörmət edər və səmimi münasibət göstərərdi. Təhqiredici və darıxdırıcı sözlərə, təhqir və şiddət kimi şəxsiyyəti alçaldıcı metodlardan istifadə etməzdi. Qısqanclıq, dedi-qodu, var-dövlətə hərislik kimi mənfi davranışlara daim səbirlə və tərbiyəvi mahiyyətdə cavab verərdi.


Zəkəriya Gülər
ISBN: 978-9952-81-369-2

  

Örnək Nəsil Peyğəmbər Dostları

     Əvvəlcə “Peyğəmbər dostları: ÖRNƏK NƏSİL” olaraq adlandırdığımız bu kitab bir çox qardaşımızın əlinə çatdı. Bu əsrin bizə nələr bəxş etdiyini göstərən bir buket çiçək kimi... Kitabın son sətrlərində “Bu zəngin bağçadan çiçəklər, bitməz xəzinədən mücəvhərlər təqdim etməyə daha da davam etmək istəyirik”-deyərək arzu və istəklərimizi dilə gətirmişdik. Kitabı oxuyan bir çox qardaşımız da israrla bu kitabın davamını soruşmağa başladı. İndi o davamın, yeni təqdim olunan bir buket çiçəyin ilk sətirlərindəsiniz. Sözə başlayarkən də əziz bir səhabəni yada salaraq başlamağın, onu da müqəddimənin içinə almağın daha doğru olacağına inanıram. Bu, sözə başlamağı asanlaşdıracaq, müqəddimənin ağırlığını ortadan qaldıracaqdır. Bundan əlavə, bu səhabəni yada salmaq, başlama nöqtəsində ürəyə gələnləri sizlərlə bölüşməyə kömək edəcəkdir.


Dr. M. Şərafəddin Kalay
ISBN: 978-9952-82-213-7

  

Aləmlərə Rəhmət Hz. Muhamməd Əbədi Möcüzə Qurani-Kərim

     Babamız Adəmin (ə.s) əsli vətəni olan Cənnətə dönüş yolu ancaq Allah-Təalanın istədiyi qulluq xüsusiyyətlərinin təhsilindən keçir. Rəbbimiz bu xüsusiyyətləri bildirmək və onların necə öyrədiləcəyini təlim etmək üçün bizlərə iki böyük rəhbər bəxş etmişdir ki, bunlar Qurani-Kərim və Hz. Peyğəmbərdir (s.ə.s). Qurani-Kərim vəhy ilə tərbiyə olunmamış zehni qabiliyyətlərin və qəlbi təmayüllərin bəşəriyyəti sürükləyəcəyi, fəlakətlərdən xilas edəcək ilahi bir hədiyyədir. Elə bir hədiyyə ki, Axırzaman Peyğəmbəri Hz. Muhamməd vasitəsilə lütf edilmişdir.


Osman Nuri Topbaş
ISBN: 978-9952-82-210-6

  

Müsəlmanın Cib Kitabı

     İslam, fikir, söz və hərəkət baxımından insanı ən gözəl şəkildə yoğurub kamala çatdıran və qaranlıqlardan nura çıxaran səadət günəşidir. Yəni o, alçaqda olanları yüksəldib zirvəyə qaldıran bir  müəssisədir. Bir torpaq kimi, özünə təslim olan neçə-neçə çürük budaqları, gözləri, könülləri oxşayan əsrarəngiz güllər, bənövşələr, lalələr və zanbaqlara  çevirmişdir. Bu baxımdan o, əbədiyyət yolçuluğunda qulları xüsrana düşürtmədən ilahi nemətlər məşhəri olan cənnətə sövq edici yeganə sirati-müstəqim və əbədi bir nemətdir. İslam əqidəsi, yer üzündə həlak olmağa məhkum, pərişan insanlığa ilahi bir lütf olaraq endirilən bir həblullah yəni Allahın ipidir. Ona könül verənlər, fani olmaqdan sıyrılaraq ruhani üfüqlərin səyyahı olub maraca qədər yüksələr. Ölümsüzlər karvanına qatılar.


Aqil Əliyəv
ISBN: 978-9952-82-219-9

  

Hədislərdə Dua

     Əlinizdəki bu kiçik həcmli əsər duanın əhəmiyyətindən və gündəlik istifadə edilən dualardan bəhs edir. Kitab hazırlanarkən səhih mənbələrdən istifadə edilmiş və duaların həzrət Peyğəmbərin ifadə etdiyi şəkli oxuculara təqdim etmək məqsədi güdülmüşdür. Çünki ən səhih və məqsədə uyğun dua edən, şübhəsiz ki, Peyğəmbər (s.ə.s) olmuşdur. Nəticə etibarı ilə Quran və Sünnənin nuruna uyğun dua ən məqbul duadır.


Rüfət Şirinov
ISBN: 978-9952-82-218-2

  

  1. Page :
  2. |
  3. 1
  4. |
  5. 2
  6. |
  7. 3
  8. |
  9. 4
  10. |
  11. 5
  12. |
  13. 6
  14. |
  15. 7
  16. |
  17. 8
  18. |
  19. 9
  20. |
  21. 10
  22. |
  23. 11
  24. |
  25. 12
  26. |
  27. 13
  28. |
  29. 14
  30. |
  31. 15
  32. |
  33. 16
  34. |
  35. 17
  36. |
  37. 18
STATISTICS :    Total number of languages : 50    Total number of materials : 1.290    Total number of downloads : 695.638      ALL STATISTIC 

Coded by Gümüş Kelebek